Bu ilin 9 ayının sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 45.1 milyard ABŞ dolları olub
Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında belə deyilir.
Qeyd olunur ki, xarici sektordakı müsbət proseslər özünü xarici valyuta ehtiyatlarının dinamikasında da büruzə verib. Belə ki, 2018-ci ilin 9 ayının sonuna ölkənin strateji valyuta ehtiyatları 45.1 milyard ABŞ dolları təşkil edib. Valyuta ehtiyatları 32 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 3 dəfə üstələyib.
pia.az